• USD 1.7
  • 8 °C
|

ATAA üzvləri üçün “Cız-Bız” restoranında səhər yeməyi təşkil olunub

31 Yanvar 2026
img

Azərbaycan Turizm Agnetlikləri Assosiasiyasının təşəbbüsü və “Cız-Bız” restoranının təşkilatçılığı ilə ATAA üzvləri üçün səhər yeməyi təkil olunub.

Səhər yeməyi çərçivəsində “Cız-Bız” restoranının imkanları, milli və avropa mətbəxinə aid menyu seçimləri, o cümlədən fərdi və korporativ qiymət təklifləri təqdim edilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bununla yanaşı restoranda master-klassların keçirilməsi, milli musiqi proqramlarının təşkili və xüsusi sifarişlərin qəbulu kimi əlavə imkanlar barədə də geniş məlumat verilib.