• USD 1.7
  • 27 °C
|

ATAA üzvləri "AVIS" avtomobil kirayəsi şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər

1 İyul 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) və “AVIS” avtomobil kirayəsi şirkətinin birgə təşəbbüsü ilə Assosiasiyanın üzvləri üçün işgüzar səhər yeməyi təşkil olunub.

Görüş çərçivəsində ATAA üzvlərinə şirkət tərəfindən təklif olunan məhsul və xidmətlər, tətbiq olunan yeniliklər, satış imkanları, korporativ əməkdaşlıq modelləri və qarşıdakı dövr üçün planlaşdırılan layihələr barədə ətraflı məlumat verilib.

Bununla yanaşı Assosiasiya üzvləri ilə “AVIS” nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və üstünlükləri, avtomobil icarəsi sahəsində müasir həllər, o cümlədən birgə marketinq təşəbbüslərinin hazırlanması, yeni biznes imkanlarının yaradılması ətrafında fikir mübadiləsi aparılıb.