ATAA Türkiyənin aparıcı hotellərinin rəhbər şəxləri ilə onlayn görüş keçirib.

Mayın 29-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə Türkiyənin aparıcı hotellərinin rəhbər şəxləri ilə “Türkiyə 2020, əyləncəli məzuniyyət və sağlamlıq sertifikatları” mövzusunda onlayn görüş keçirilib.

Müzakirələrdə turistlərin sağlamlığının və təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan və Türkiyənin tədbiq edəcəyi yeniliklər, bu sahədə görüləcək işlər və tədbirlərlərlə bağlı fikir mübadiləsi aparılıb.

Onlayn görüşdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev Türkiyənin aparıcı hotellərinin nümayəndələrinə “SAHMAN” proqramı haqqında geniş məlumat verib. Bu proqramın BMT nin Ümumdünya Turizm Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini deyən Rüfət Hacıyev artıq bir sıra ölkələrin turizm sahəsində sanitariya və gigiyena qaydalarının hazırlanmasında azərbaycan modeli ilə maraqlandıqlarını diqqətə çatdırıb.

Müzakirələrdə iştirak edən qonaqlama və yerləşdirmə müəssisələrinin nümayəndələri bu il Türkiyə hotellərində tədbiq ediləcək bir sıra yeniliklərlə bağlı ətraflı məlumat veriblər.

Çıxış edənlər bildiriblər ki iyunun 1-dən etibarən Türkiyədə xarici qonaqları qəbul etməkdən ötrü yeni standartlar tədbiq ediləcək və hotellərdə sağlamlıq sertifikatlarının verilməsi üçün yoxlamalara başlanılacaq. Bunla yanaşı yay mövsümündə Türkiyə hotellərində turistlərin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün müştəri sıxlığının 60 faizi aşmayacağı da qeyd edilib.

Müzakirələrdə iştirak edən hotel nümayəndələri artıq iyun ayının əvvələrindən əcnəbi turistləri qəbul etməyə başlayacaqlarını bildiriblər.

Onlayn müzakirləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz
https://youtu.be/Hl2M95upUzE