• USD 1.7
  • 2 °C
|

ATAA nümayəndələrinin “Qalaltı Hotel & Spa” hotelinə tanışlıq səfəri olub

23 Yanvar 2023
img

Azərbaycan Turizm Agentlikləri
Assosiasiyasının 20-dən artıq üzvü üçün Şabran rayonunun ərazisində yerləşən
Qalaltı Hotel & Spa” hotelinə tanışlıq məqsədli infotur təşkil
olunub.

 

Səfər zamanı ATAA-nın üzvləri Qalaltı Hotel &Spa” hotelinin fəaliyyət
istiqaməti, tutumu, müalicə mərkəzləri, istirahət və əyləncə imkanları, turistlərə
göstərilən xidmət təklifləri ilə bağlı məlumatlandırılıb, eləcə də
qarşılıqlı əməkdaşlıq imkanları və
qiymət təklifləri müzakirə olunub.

 

Qedy edək ki, ATAA tərəfindən gələcəkdə də bu
formatlı tanışlıq məqsədli infoturların təşkili nəzərdə tutulub.