Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzinin birgə təşəbbüsü ilə ATAA-nın İdarə Heyətinin sədri və bir qrup üzvü 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları ziyarət ediblər.
Səfərin məqsədi cəmiyyətin həssas təbəqəsindən olan uşaqlara mənəvi dəstək olmaq, onların sosial inteqrasiyasına töhfə vermək və bu əlamətdar gündə onları sevindirməkdir.
Səfər zamanı Assosiasiya nümayəndələri uşaqlarla görüşüb, onları maraqlandıran mövzular ətrafında söhbət aparıb, müxtəlif hədiyyələr təqdim ediblər.
Bununla yanaşı ATAA nümayəndələri uşaqların mərkəzdə sərgilənən əl işləri ilə tanış olublar.