Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və “Dukkan Khatai” restoranının birgə təşkilatçılığı ilə 40-a yaxın üzv şirkətin nümayəndələri üçün işgüzar səhər yeməyi təşkil edilib.
Səhər yeməyi çərçivəsində ATAA nümayəndələrinə “Dukkan” restoran şəbəkəsi haqqında geniş təqdimat nümayiş olunub, həmçinin restoranın müştəri tutumu, menyu çeşidləri, korporativ qiymət təklifləri haqqında ətraflı məlumat verilib, üzv şirkətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub.