• USD 1.7
  • 7 °C
|

ATAA-nın İdarə Heyətinin toplantısı keçirilib

27 Fevral 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin toplantısı keçirilib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin iclası keçirilib. ATAA -nın İdarə Heyəti sədrinin iştirakı ilə təşkil olunan toplantıda Assosiasiyanın 2026-cı il üzrə fəaliyyət planı, qarşıdakı dövr üçün prioritet məsələlər, nəzərdə tutulan yerli və beynəlxalq görüşlər, həyata keçiriləcək tədbirlər, sektor üzrə əməkdaşlıq təşəbbüsləri, eləcə də yeni üzvlük müraciətləri ətrafında müzakirələr aparılıb.

İclas çərçivəsində 2026-cı il üçün hədəflərin müəyyənləşdirilməsi, turizm sektorunda əməkdaşlığın gücləndirilməsi, üzvlərin peşəkar fəaliyyət standartlarının yüksəldilməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi ətrafında fikir mübadiləsi edilib.

Toplantıda ATAA-nın gələcək fəaliyyətinin genişləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, yeni ofisin təşkili və inzibati xərclərin artması ilə bağlı yaranan məsələlər də ətraflı müzakirə olunub. Müzakirələr çərçivəsində ATAA-nın davamlı və dayanıqlı inkişafının təmin olunması üçün İdarə Heyəti tərəfindən üzvlük haqlarının 360 manatdan 410 manata artırılmasına qərar verilib.

İclasın sonunda Assosiasiyaya daxil olan 49 yeni üzvlük müraciətinə baxılıb. İdarə Heyəti tərəfindən aparılan qiymətləndirmə və müzakirələrin nəticəsinə əsasən, 36 namizədin üzvlüyü təsdiqlənib, 13 müraciət isə müəyyən meyar və tələblərə uyğun gəlmədiyi üçün təmin olunmayıb.