• USD 1.7
  • 13 °C
|

ATAA-nın Getmə Turizm Komitəsinin növbəti iclası keçirilib

6 Mart 2025
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Getmə Turizm Komitəsinin növbəti iclası keçirilib.

Turopertorların və komitə üzvlərinin iştirakı ilə baş tutan görüşdə bir sıra hallarda tərəflər arasında bağlanan əməkdaşlıq müqaviləsinin şərtlərinin pozulması, demping hallarının qarşısının alınması üçün tədbirlərin sərtləşdirilməsi, üzvlərə ödənilən komissiya haqlarında ödəniş mexanizimlərinin təkmilləşdirilməsi, turoperatorlarla turizm şirkətləri arasında qarşılıqlı fəaliyyətin stimullaşdırılması, turoperatorlar tərəfindən üzv şirkətlər üçün imtiyazların verilməsi, eləcə də yay mövsümü üçün yeni istiqamətlərin perspektivləri, viza məsələlərində yaşanan çətinliklər və həlli yolları ilə bağlı müzakirələr aparılıb, fikirlər dinlənilib.

Görüş zamanı getmə turizmdə üzv şirkətlərin üzləşdiyi problemlərə dair müraciətlərin yalnız yazılı formada ATAA-ya bildirilməsi diqqətə çatdırılıb. Bununla yanaşı getmə turizm üzrə fəaliyyət göstərən üzvlərin çətinliklərinin dinlənilməsi üçün yaxın zamanlarda açıq qapı gününün təşkil olunacağı bildirilib.