Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Getmə Turizm Komitəsinin növbəti iclası təşkil olunub.
Toplantıda üzvlər arasında əməkdaşlıq və peşəkar münasibətlərin inkişaf etdirilməsi baxımından nizam-intizam qaydalarına ciddi riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.
İclasda komitə üzvləri tərəfindən xüsusi ilə yay mövsümünün gəlişi ilə əlaqədar getmə turizm sahəsində vizaların alınması prosesinin asanlaşdırılması, mövcud çətinliklər və mümkün həll yolları barədə fikir mübadiləsi aparılıb.
Bununla yanaşı “ATM 2025” (Arabian Travel Market) sərgisi çərçivəsində ATAA sədri və komitə tərəfindən mövcud və yeni tərəfdaşlarla keçirilən işgüzar görüşlər, yeni bazarlarla əməkdaşlığın qurulması istiqamətində aparılan müzakirələr haqqında komitə üzvlərinə ətraflı məlumat verilib.
İclas çərçivəsində həmçinin Mərakeş və Çin istiqamətləri üzrə turizm əlaqələrinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Bu destinasiyalar üzrə potensial əməkdaşlıqlar və turizm axınının artırılması yolları barədə təkliflər səsləndirilib.