Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nəzdində fəaliyyət göstərən Getmə Turizm Komitəsi üzvləri üçün Açıq Qapı günü təşkil olunub.
Görüş zamanı yerli və xarici turoperatorlarla əməkdaşlığın genişləndirilməsi, mövcud və yeni istiqamətlər üzrə turizm fəaliyyətlərinin artırılması, tərəfdaşlarla iş birliyinin gücləndirilməsi, eyni zamanda səfirliklərlə əlaqələrin dərinləşdirilməsi və visa məsələlərində yaşanan mövcud çətinliklərlə bağlı məsələlər müzakirə edilib.
Bununla yanaşı yerli və xarici aviadaşıyıcılarla birgə fəaliyyətin inkişaf etdirilməsi, yeni turizm bazarlarına çıxış imkanları və bu istiqamətdə atıla biləcək addımlar diqqət mərkəzində olub.
Açıq qapıda həmçinin üzvlər tərəfindən sağlam rəqabət mühitinin formalaşdırılmasına, turizm bazarında dempinq hallarının qarşısının alınması məqsədilə nəzarət mexanizmlərinin tənzimlənməsinə və turoperatorlarla turizm şirkətləri arasında qarşılıqlı fəaliyyətin stimullaşdırılmasına dair fikir mübadiləsi aparılıb.
Görüşün yekununda üzv şirkətlər tərəfindən irəli sürülən fikir və təkliflərin Getmə Turizm Komitəsi tərəfindən İdarə Heyətinə təqdim ediləcəyi və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçiriləcəyi diqqətə çatdırılıb.