Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Getmə Turizm Komitəsi ilə Almaniya Federativ Respublikasına vizaların verilməsi prosesinə məsul olan TLS viza mərkəzi arasında işgüzar görüş keçirilib.
Görüşdə komitə üzvlərinə TLS viza mərkəzinin irəli sürdüyü fotoşəkil standartları, sənədlərin düzgün hazırlanması, fərdi və qrup şəkilində olan müraciətlərin təşkili, səyahət sığortalarının əldə edilməsi, müraciətlərin statusunun izlənməsi, o cümlədən Azərbaycan dilində tərtib olunan sənədlərin tərcümə qaydaları və vaxt itkisinin qarşısının alınmasına yönəlmiş əlavə ödənişli xidmətlər haqqında ətraflı məlumat təqdim olunub.
Həmçinin TLS viza mərkəzi tərəfindən ATAA ilə əməkdaşlıq çəçivəsində getmə turizmi ilə məşğul olan üzv şirkətlər üçün xüsusi təlimlərin təşkil olunması, təlimlərdə Almaniya üzrə anketlərin doldurulması, sənədlərin düzgün toplanması və diqər faydalı məlumatlar haqqında treninglərin keçirilməsinə dair razılıq əldə olunub.
Qeyd edək ki, Getmə Turizm Komitəsi tərəfindən gələcəkdə də diqər viza mərkəzlərinin nümayəndələri ilə görüşlərin təşkil olunması nəzərdə tutulub.