Yanvarın 19-da Azərbaycan Turizm Agentlikləri
Assosiasiyası ilə Milli Kulinariya Mərkəzi arasında əməkdaşlıq sahəsində qarşılıqlı
əlaqələrin genişləndirilməsinə və inkişafına dair memorandum imzalanıb.
Sənədə əsasən hər iki qurum gələcəkdə qarşılıqlı əlaqələrin
inkişafı, əməkdaşlığın genişləndirilməsi, milli kilinariya nümunələrinin təşviqi,
mətbəx turizminin xarici partnyorlar arasında tanıdılması və xüsusi marşurutların
hazırlanması, eləcə də bu istiqamətdə infoturların təşkili üzrə birgə fəaliyyət
göstərəcəklər.
Görüşdə həmçinin qastro turizmin inkişafı üzrə yeni
təkliflərin hazırlanması, milli kulinariya nümunələrinin tanıdılması istiqamətində
marifləndirmə işlərinin aparılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.