Azərbaycan
Hava Yolları QSC-nin Birinci vitse-prezidenti, “Azərbaycan Hava Yolları”
aviaşirkətinin icraçı direktoru Samir Rzayevlə Azərbaycan Turizm Agentlikləri
Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov və bir sıra üzv
şirkətlərin rəhbərləri arasında işgüzar görüş keçirilib.
Görüş
çərçivəsində AZAL rəhbərliyi aviaşirkətin gələcək planları, eləcə də marşrut
şəbəkəsinin genişləndirilməsi barədə ATAA nümayəndələrinə məlumat verib. Həmçinin
tərəflər cari məsələləri və əməkdaşlığın gələcək inkişaf perspektivlərini
müzakirə ediblər.
⠀
Müzakirələr
zamanı 2023-cü il yanvarın 1-dən etibarən aviaşirkət və agentlər arasında
birbaşa vasitəçilər olmadan əməkdaşlığ, agent satış kanalının inkişafı, NDC
formatının tətbiqini nəzərdə tutan IATA BSP vasitəsi ilə satış sisteminə keçid mələlələri
qeyd olunub.
⠀
Görüş
çərçivəsində həmçinin Azərbaycanda gəlmə turizmin inkişafı üçün yeni
istiqamətlərin açılması və agentlərin bu prosesdə fəal iştirakı da nəzərdən
keçirilib. Bununla əlaqədar qrup daşımaları üzrə agentlərlə aviaşirkətlər
arasında qarşılıqlı əlaqələrin sadələşdirilməsinin və unifikasiyasının, eləcə
də agentlərin sifarişi ilə çarter reyslərinin təşkilinin zəruriliyi də qeyd
edilib.