Azərbaycan Turizm Agentlikləri Assosiasiyası  27 iyun 2019-cu il tarixində yaradılıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bir neçə fərqli və dayanıqlı inkişafı təmin edəcək məqsəd və missiya üzərində qurulub!

Assosiasiyanın əsas fəaliyyət istiqaməti Azərbaycanın yeni turizm sənayesinin formalaşmasında  aktiv iştirak etmək, turizm agentliklərinin vahid platformasını yartmaq, onların maraqlarını qorumaq, turizm agentlikləri arasında  əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına, bu istiqamətdə aparılan işlərin sistemləşdirilməsini təmin etmək , düzgün təşkil olnmuş peşəkar  turizm xidmətlərini göstərmək, eyni zamanda unikal turizm marşrut və məhsullarının patentləşdirilməsi və turizm subyektlərinin birləşməsini təmin etməkdir.

Bütün bu işlərin həyata keçirilməsi üçün Assosiasiyada  iki idarə orqanı fəaliyyət göstərrir. İdarə Heyəti və Ekspertlər Şurası. İdarə Heyətinin tərkibində 4 fəaliyyət bürosu ( Xarici Əlaqələr Bürosu, Layihələr və Stategiyaların idarə olunması bürosu, İctimai Əlaqələr Bürosu və Texniki Təşkilati Büro) fəliyyət göstərir.

Bununla yanaşı Assosiasiyanın tabeliyində  20 mütəxəssisdən ibarət  ekspertlər şurası da  fəaliyyət  göstərir. Ekspertlər şurasının tərkibində 4 komissiya (Daxili Turizm Komissiyası , Xarici Turizm Komissiyası, Turizm Logistikası Komissiyası və  Publicity Qrup(tanınmış içtimai xadimlər) fəaliyyət göstərir .

Adı çəkilən bürolar və komissiyalar  assosiasiyanın aktiv və effektiv fəaliyyətini təmin etmək üçün nəzərdə tutulub.