Assosiasiya Haqqında

     Azərbaycan Turizm Agentlikləri Assosiasiyası 2019-cu il mart ayının 28-də təsis edilib və iyun ayının 27 -də geniş ictimaiyyətə təqdim olunub. Assosiasiyası bir neçə fərqli və dayanıqlı inkişafı təmin edəcək məqsəd və missiya üzərində qurulub. Qurumun əsas fəaliyyət istiqaməti Azərbaycanın yeni turizm sənayesinin formalaşmasında aktiv iştirak etmək, Azərbaycanın turizm sənayesinin vahid standartının formalaşdırılmasını, sistemləşdirilməsini, üzvlərin maraqlarının qorunmasını təmin etməkdir. 

 

Eyni zamanda turizm agentliklərinin vahid platformasını yaratmaq, turizm agentlikləri arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaq, proqramlar, turizm məhsulları və servis xidmətlərinin keyfiyyətini artırmaqdır.

 

Bundan başqa assosiasiya, Azərbaycanın milli turizm brendinin dünyanın turizm bazarlarına təşviqinə dəstək verməyi, üzvlərin beynəlxalq turizm bazarlarında fəaliyyətinə köməklik göstərməyi, eyni zamanda milli turizm sərgi və festivalların təşkilini həyata keçirilməsində aktiv iştirak etməyi  qarşısına məqsəd qoyub.

 

Qurumun fəaliyyətində marifləndirmə işinə və təlimlərin keçirilməsinə də xüsusi yer ayrılıb. Bu baxımdan təhsil və sosial proqramların yaradılması, regionlarda turizm festivallarının təşkili və təbliği  prioritet istiqamətdir. Bütün bu işlərin həyata keçirilməsi üçün Assosiasiyada iki idarə orqanı fəaliyyət göstərir. İdarə Heyəti və Ekspertlər Şurası. İdarə Heyətinin tərkibində 4 fəaliyyət bürosu (Xarici Əlaqələr Bürosu, Layihələr və Stategiyaların idarə olunması bürosu, İctimai Əlaqələr Bürosu və Texniki Təşkilati Büro) fəliyyət göstərir.

 

20 turizm mütəxəssisindən ibarət Ekspertlər Şurasının tərkibində isə 4 komissiya (Daxili Turizm Komissiyası , Xarici Turizm Komissiyası, Turizm Logistikası Komissiyası və  Təlim Tədris Kommisiyası  fəaliyyət göstərir. Adı çəkilən bürolar və komissiyalar  assosiasiyanın aktiv və effektiv fəaliyyətini təmin edir.

 

Bunu nəzərə alaraq assosiasiya öz ətrafında sırf peşəkarlardan formalaşan üzvlər toplamağa başlayıb.Bu gün artıq ATAA-nın  Azərbaycanın turizm bazarında öz fəaliyyəti, peşəkarlığı və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından seçilən 77 üzvü var. Üzvlüklə bağlı davamlı gələn müraciətləri nəzərə alsaq bu sayın daha da artacağı istisna edilmir.

 

ATAA, Dövlət Turizm Agentliy, Azərbaycan Turizm Bürosu, Azərbaycan Hotell Assosiasiyası, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası, Azərbaycan Hava Yolları, Turkish Airlines (Türk Hava Yolları), “Air Astana” hava yolları şirkəti və “Buta Airways” hava yolları şirkətləri ilə tərəfdaşlıq edirik. 

 

Eyni zamanda Böyük Britaniyanın “Travelport” şirkətinin Azərbaycandakı nümayəndəliyi  ilə əməkdaşlıq edir. Qısa zaman ərzində assosiasiya ölkənin turizm imkanlarının tanıdılması və təbliği, xarici turizm təşkilatları ilə əlaqələrin genişləndirilməsi istiqamətində də bir neçə xarici təşkilat və assosiasiya ilə sazişlər imzalayıb.

 

ATAA Azərbaycanda turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq imkanlarının genişləndirilmsi məqsədi ilə Vyetnamın Kuanqnam vilayətinin Xalq Komissiyası, Mərkəzi Asiyanın Turizm Sənayesi Assosiasiyası, Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Turizm Assosiasiyası,Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Turizmin İnkişafı Mərkəzi, Rusiyanın Beynəlxalq Fəaliyyət Komitəsinin “İşgüzar Rusiya” (Деловая Россия) təşkilatının Başqırdıstan regional şöbəsi arasında da əməkdaşlığa dair  iki tərəfli sazişlər imzalayıblar.

 

Bundan başqa assosiasiyanın BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasında təşkilata assosiativ üzvlüyə namizədliyi qəbul edilib.

 

Bütün bu görülən işlər qısa zamanda   aparılan   aktiv fəaliyyətin nəticəsində başa gəlib. Biz Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq bundan sonra da ölkənin turizm maraqlarından çıxış edərək, formalaşan turizim sənayesinin inkişafında aktiv və effektiv fəaliyyətimizi davam etdirəcəyik.