• USD 1.7
  • 2 °C
|

Autizimli uşaqlara dəstək məqsədi ilə “Turizm Sərgisi” keçirilib

28 Avqust 2023
img

26-27 avqustda  Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı, həmçinin Turizm Könüllüləri Təşkilatının dəstəyi ilə “Turizm Sərgisi » keçirilib.

İki gün davam edən sərgidə 20-yə yaxın  turizm şirkəti  iştirak edib.

Sosial yönümlü tədbirin keçirilməsinin əsas məqsədi turizm şirkətlərinin  xidmətləri  və təklif etdikləri məhsulları haqqında ictimaiyyəti məlumatlandırmaq və aksiyadan toplanan vəsaitlə autizmli uşaqların müalicəsinə dəstək olmaqdır.