Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının
İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov “The Peninsula İstanbul ” hotelinin Baş
direktoru Conatan Kruk və satış direktoru Ömer Demir, eləcə də “The Peninsula Paris
” hotelinin İcraçı direktoru Vincent Pimontla əməkdaşlıq əlaqələrininin
inkişafı və birgə iş birliyinin yaradılması məsələlərini müzakirə ediblər.
Görüşdə Göydəniz Qəhrəmanov
Assosiasiyanın fəaliyyəti və potensialı, ölkə turizminin inkişafındakı rolu, üzvlərinin
sayı haqqında qısa arayış verib.
ATAA sədri cıxışı zamanı rəhbərlik etdiyi qurumun dünya turizm sənayesində aktiv fəaliyyət göstərən
təşkilat və şəbəkələrlə hər zaman qarşılıqlı əməkdaşlığın qurulmasında və tərəfdaşlıq
əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüş çərçivəsində hotel şəbəkəsinin nümayəndələri dünyanın bir çox ölkələrində brend şəbəkə
olaraq geniş arealda fəaliyyət göstərən “The
Peninsula” haqqında məlumat verib, ATAA
ilə qarşılıqlı biznes əlaqələrinin
qurulması və birgə fəaliyyət imkanlarının genişləndirilməsi məsələlər ətrafında
fikir mübadiləsi aparıblar.