• USD 1.7
  • 1 °C
|

ATAA bir sıra hotellərə səmərəli əməkdaşlığa görə təşəkkürnamələr təqdim edib

16 Mart 2023
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası
2022-ci ildə Assosiasiyaya üzv olan şirkətlərlə qarşılıqlı biznes fəaliyyətinin
qurulmasında sıx əməkdaşlıq edən və birgə iş birliyi formalaşdıran 30-a yaxın
hotelin rəhbər şəxslərinə təşəkkürnamələr təqdim edib.

Tədbirdə çıxış edən Assosiasiyanın İdarə Heyətinin
sədri  Göydəniz Qəhrəmanov  hotelllərlə turizm şirkətləri arasında birgə
fəaliyyətin qurulmasının vacibliyinə toxunaraq 
qarşılıqlı iş birliyinin formalaşdırılmasının  ölkə turizminin inkişafına  daha çox fayda verə biləcəyini diqqətə
çatdırıb.

Assosiasiya sədri rəhbərlik etdiyi qurumun  gələcəkdə də turizm  sənayesi nümayəndələri arasında sağlam rəqabətə
əsaslanaraq qurulan qarşılıqlı biznes əlaqələrininin səmərəliliyinin
artırılması  və  daha da genişləndirilməsi üçün bu istiqamətdə
işlərin davam etdirəcəyini bildirib.

Hotel nümayəndələrinə təşəkkürnamələr Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov,Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov və Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov tərəfindən təqdim olunub.

Tədbirdə hotel nümayındələri ilə yanaşı Assosiasiyaya üzv olab bir sıra şirkətlər,eləcə də Dövlət Turizm Agentliyinin  və Azərbaycan Turizm Bürosunun nümayəndələri də iştirak ediblər.