Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşəbbüsü ilə ATAA üzvləri üçün Abşeron yarımadasında yerləşən Buzovna, Günəşli, Abşeron sanatoriyalarına tanışlıq səfəri təşkil olunub.
Səfərin məqsədi qeyd olunan sanatoriyaların mövcud turizm potensialını, yerləşmə imkanlarını və ziyarətçilərə göstərilən xidmət növlərini nümayiş etdirmək, qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirmək, o cümlədən birgə turpaketlər hazırlamaq, korporativ müştərilər üçün xüsusi təkliflər formalaşdırmaqdır.
Tanışlıq proqramı çərçivəsində iştirakçılara sanatoriyaların müalicə bazası, tibbi avadanlıqları, reabilitasiya və istirahət paketləri barədə ətraflı məlumat verilib.