• USD 1.7
  • 4 °C
|

ATAA-nın Nizam-İntizam Komissiyasının 2025-ci ilin yekunlarına həsr olunan iclası keçirilib

19 Yanvar 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) nəzdində fəaliyyət göstərən Nizam-İntizam Komissiyasının 2025-ci ilin yekunlarına həsr olunan iclası keçirilib.

Toplantıda komissiya tərəfindən 2025-ci il ərzində daxil olmuş müraciət və şikayətlər, onların araşdırılması və həlli istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.

İclas çərçivəsində komissiya üzvlərinə hesabat dövründə ümumilikdə 7 məsələnənin Nizam-İntizam Komissiyasının icraatında olduğu diqqətə çatdırılıb.

Araşdırılan müraciətlər arasında etik davranış qaydalarına riayət olunması və üzvlər arasında sağlam rəqabət mühitinin qorunması, xarici turoperator tərəfindən ATAA üzvü ilə bağlı şikayətlər, o cümlədən üzvlər və ya üzv olmayan şirkətlərdən daxil olan müraciətlər, Assosiasiya üzvərinin keçmiş əməkdaşları ilə bağlı məsələlər, həmçinin vətəndaşlar tərəfindən ATAA üzvləri ilə əlaqələri ünvanlanan müraciətlər yer alıb.

Toplantıda qaldırılan əksər məsələlərin Assosiasiyanın nizamnamə və daxili qaydalarına uyğun olaraq həllini tapdığı, bir məsələ üzrə araşdırma prosesinin davam etdirildiyi, həmçinin komissiyanın qərarı ilə üzvlərdən birinə şifahi xəbərdarlıq edildiyi qeyd olunub.

İclasda Nizam-İntizam Komissiyasına daxil olan müraciətlərin obyektiv və operativ şəkildə araşdırıldığı, bu istiqamətdə komissiyanın fəaliyyətinin gələcək dövrdə də davam etdiriləcəyi diqqətə çatdırılıb.