• USD 1.7
  • 17 °C
|

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti üzvlərinin iclası keçirilib

30 Oktyabr 2025
img

İclasda ATAA sədri Göydəniz Qəhrəmanov İdarə Heyəti üzvlərinə Assosiasiya tərəfindən turizm yönümlü təşkilatlarla, aviadaşıyıcılarla keçirilən görüşlər, Braziliya, Malayziya,Tayland və bir sıra digər səfirliklərlə aparılan müzakirələr, ATAA üzvləri üçün təşkil olunan daxili və xarici infoturlar haqqında məlumat verib, 2026-cı ilin fəaliyyət planına dair fikir və təkliflərini bölüşüb.

Görüşdə həmçinin,Peşəkar Turizmçilər Komitəsi tərəfindən Assosiasiya üzvülərinin qiymətləndirilməsi və təltif olunması üçün meyarların müəyyənləşdirilməsi, B2B görüşlərdə və turizm yönümlü tədbirlərdə iştirakla bağlı müraciət edən üzvlərin müraciət sonrası tədbirlərə qatılmaması və bununla əlaqədar bir sıra narazılıq doğuran məqamların yaranması, turoperatorlarla bağlı yeni işçi qrupunun formalaşması müzakirə olunub.

Toplantının sonunda Assosiasiyaya ünvanlanan yeni üzvlük müraciətlərinə baxılıb. İdarə Heyəti tərəfindən aparılan müzakirələrin nəticəsinə uyğun olaraq 10 namizədin müraciətinə müsbət qərar verilib.