• USD 1.7
  • 22 °C
|

ATAA Taylandın turizm təşkilatları ilə əlaqlərin genişləndirilməsi imkanlarını müzakirə edib

15 Sentyabr 2025
img

Azərbaycan ilə Taylandın turizm təşkilatları arasında iki tərəfli əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı turist axınının artırılması imkanları Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Tayland Krallığının Ankarada iqamət edən Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri Apirat Suqondhabhirom ilə keçirilən görüşdə müzakirə olunub.

Görüşdə Assosiasiya sədri Tayland səfirinə ATAA-nın əsas fəaliyyət sahələri, ölkə turizminin inkişafına verdiyi töhfələr və üzvlərin imkanları haqqında geniş məlumat təqdim edib.

Son dövrlər Tayland istiqamətinin Azərbaycanlı turistlər arasında sevilən destinasiya olduğunu deyən Göydəniz Qəhrəmanov Tayland kimi turizm baxımından qabaqcıl ölkə ilə əməkdaşlığın inkişafının ATAA və üzvləri üçün əhəmiyyətli olduğunu, əlaqələrin genişləndirilməsinin turizm bazarı üçün yeni perspektivlər yaratdığını vurğulayıb. Assosiasiya sədri, həmçinin elektron viza prosedurlarının sadələşməsi ilə Tayland istiqamətinə Azərbaycanlı turistlərinin sayında artımın müşahidə olduğunu bildirib.

Ölkəsinin Azərbaycanla turizm sahəsində əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdıran Apirat Suqondhabhirom Taylandın turizmdə zəngin təcrübəyə sahib olduğunu və bundan irəli gələrək Azərbaycanla birgə layihələrin həyata keçirilməsində və təcrübə mübadiləsinin aparılmasında maraqlı olduğunu qeyd edib. O qarşıdakı illərdə bu sahədə ATAA ilə əməkdaşlığın daha da dərinləşəcəyinə ümüd etdiyini bildirib.

Görüş çərçivəsində Azərbaycan–Tayland turizm əlaqələrinin inkişafına töhfə verəcək layihələrin hazırlanması, ATAA ilə iş birliyinin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkilində turoperatorlarla əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin sayının artırılması, birbaşa uçuşların təşkili və digər məsələlər ətrafında müzakirələr aparılıb.