Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşəbbüsü ilə üzv şirkətlər üçün Qobustana infotur təşkil olunub.
Səfər zamanı ATAA üzvləri həm muzey ekspozisiyası, həm də qayaüstü təsvirlərin yerləşdiyi tarixi qayalıq ərazi ilə tanış olub, onlara qoruğun mədəni abidə olaraq əhəmiyyəti və turistik potensialı haqqında ətraflı məlumat verilib.
Bununla yanaşı, infotur çərçivəsində Qoruğun rəhbərliyi ilə görüş keçirilib, turist cəlbediciliyinin artırırılması baxımından qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.