• USD 1.7
  • 18 °C
|

LOT Hava Yolları ilə ATAA arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

17 Aprel 2025
img

Polşanın milli aviadaşıyıcısı LOT Hava Yolları (LOT Polish Airlines) ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və turist cəlbediciliyinin artırılması  məsələləri Azərbaycan Turizm Agentikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Polşanın LOT Hava Yolları (LOT Polish Airlines) şirkətinin Gəlirlərin idarə edilməsi üzrə regional meneceri Ponczek Lukaszın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə edilib.

Görüşdə Göydəniz Qəhrəmanov LOT hava yollarının nümayəndələrinə Assosiasiyanın ölkənin turizm sektorunun inkişafındakı rolu, o cümlədən üzv şirkətlərin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. ATAA sədri LOT Hava Yollarının regional bazarda aktiv iştirakını təqdirəlayiq olduğunu qeyd edərək  bu əməkdaşlığın Azərbaycan və Polşa arasında turizm mübadiləsinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

LOT nümayəndələri isə öz növbələrində hava yolları üçün Azərbaycanın vacib və əhəmiyyətli destinasiya olduğunu  vurğulayaraq  bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi üçün potensialın artırılmasında maraqlı olduqlarını bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanlarının inkişafı, reyslərinin səmərəliliyinin artırılması, üzv şirkətlər üçün xüsusi təkliflərin hazırlanması, iş birliyinin genişləndirilməsi, həmçinin turist cəlbediciliyinin arıtırlması məqsədi ilə birgə layihələrin hazırlanması müzakirə olunub.

Qeyd edək ki, 2022-ci ilin may ayından etibarən “LOT Polish Airlines” şirkəti həftədə 4 dəfə olmaqla Varşava-Bakı-Varşava marşrutu üzrə uçuşlar həyata keçirir.