• USD 1.7
  • 12 °C
|

May ayından Frankfurt-Bakı-Frankfurt reysi üzrə müntəzəm uçuşlara start veriləcək

12 Mart 2025
img

Hava
yolları vasitəsilə turizm sektorunun inkişafına yönəlik əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Lufthansa Groupun satış üzrə Baş meneceri Karsten Zang arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

Görüş zamanı Göydəniz Qəhrəmanov Karsten Zanga Assosiasiyanın, o cümlədən qurumun tabeliyində fəaliyyət göstərən komitə və komissiyaların iş prinsipi, üzv şirkətlərin turizm bazarının inkişafında rolu  haqqında ətraflı məlumat verib. Assosiasiya sədri dünyanın aparıcı aviaşirkətlərindən biri olan Lufthansa Hava Yolları ilə iş birliyinin  qurulmasının qarşılıqlı turist axınına müsbət təsir edəcəyini,həmçinin turistlərin rahat və keyfiyyətli səyahət imkanlarına çıxış əldə edə biləcəklərini qeyd edib.

Müzakirələr zamanı Azərbaycanın Lufthansa Group üçün cəlbedici istiqamət olduğunu deyən Karsten Zang ölkənin geniş turizm potensialının olduğunu və birgə əməkdaşlığın qarşılıqlı fayda verə biləcəyini vurğulayıb. O,əməkdaşlıq çərçivəsində gələcəkdə yeni layihələrin həyata keçirilməsinin və təcrübə mübadiləsinin aparılamsının mümkünlüyünü ifadə edib.

Görüş zamanı tərəflər turizmin inkişafına dair birgə addımların atılması üçün aktiv müzakirələrin davam etdirməyin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, hazırda Lufthansa Hava Yolları Frankfurt -na -Mayne -Bakı- Frankfurt -na -Mayne reysi üzrə həftədə 4 dəfə olmaqla uçuşlar həyata keçirir. May ayından etibarən isə reyslər gündəlik olaraq təşkil olunacaq.