• USD 1.7
  • 14 °C
|

ATAA sədri turizm təhsili alan tələbələrlə görüşüb

11 June 2024
img
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov turizm təhsili alan tələbələrlə görüşüb.
Görüş çərçivəsində Göydəniz Qəhrəmanov gənc turizmçilərə ATAA-nın fəaliyyəti, Assosiasiyanın turizmin inkişafında rolu, qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizmin ölkə iqtisadiyyatı üçün əhmiyyəti, bu səhənin incəlikləri haqqında ətraflı məlumat verib, o cümlədən tələbələri maraqlandıran sualları cavablandırıb.
Görüşün sonunda Göydəniz Qəhrəmanov turizmçi tələbələrə gələcək peşə fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər arzulayıb.