• USD 1.7
  • 2 °C
|

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

15 Aprel 2024
img

 

Aprelin
15-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin
birgə təşkilatçılığı ilə nəqliyyat və turizm sektorlarının nümayəndələri ilə
görüş keçirilib.

Rəqəmsal
inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Dövlət Turizm Agentliyinin sədri
Fuad Nağıyevin iştirakı ilə təşkil olunan tədbirdə “Azərbaycan Hava Yolları”
QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbər şəxsləri təmsil
olunublar.

Nazir
Rəşad Nəbiyev nəqliyyat sistemini turistlər üçün daha əlverişli edən əlçatanlıq,
təhlükəsizlik, davamlılıq kimi qlobal səviyyədə tanınan xüsusiyyətlər üzrə ölkəmizdə
görülmüş və planlaşdırılan işlər barədə danışıb.

Sədr
Fuad Nağıyev daxili və xarici turizm sahəsinin inkişafının nəqliyyat sistemi və
infrastrukturu ilə birbaşa əlaqəli olduğunu, mövcud sahələrin sinxron
inkişafının vacibliyini vurğulayıb.

“Təsadüfi
deyil ki, 2024-cü ilin yanvar-mart aylarında ölkəyə ötən ilin eyni dövrü ilə
müqayisədə 39 faiz daha çox turist gəlib”, – deyə qeyd olunub.

Tədbirdə
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz
Qəhrəmanov turizm sənayesinin inkişafında vacib rol oynayan  hava yolları və nəqliyyat sektoru ilə  Assosiasiya arasında qarşılıqlı əməkdaşlığın
formalaşdırıldığını  və bir sıra məsələlərin
həllində müsbət nəticələrin əldə olunduğunu 
qeyd edib. ATAA sədri çıxışı zamanı 
bu formatlı tədbirlərin təşkilinin 
turizm şirkətlərinin  fəaliyyətinə
,onların üzləşdiyi müəyyən çətinliklərin həll olunmasına  əhəmiyyətli təsir etdiyini bildirib.

Görüşdə
səmərəli nəqliyyat sisteminin turizmin inkişafında rolu, hava və yerüstü nəqliyyat
(dəmiryolu və avtomobil nəqliyyatı) sahəsində şirkətləri maraqlandıran məsələlər
və dövlət-özəl tərəfdaşlığının əhəmiyyəti müzakirə olunub.

Bildirilib
ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanda uçuşların təhlükəsizliyinin
təmin edilməsi üzrə beynəlxalq standartlara uyğunluğu 80% səviyyəsində qiymətləndirib.

Görüş
zamanı turizm şirkətlərinin və nəqliyyat qurumlarının təmsilçilərinin təklifləri
dinlənilib.