Turizm sektoru nümayəndələrinin nəzərinə!

Hörmətli xanımlar və cənablar!

Sizi 24 aprel saat 16:00 da “Azərbaycanda turizm sektorunun hazırkı vəziyyəti və gələcək planlar” mövzusunda  online  müzakirələri izləməyə  dəvət edirik.

Görüşdə iştirak edəcək:

  1. Orxan Bədəlov – Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi (moderator)
  2. Rüfət Hacıyev – Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri
  3. Göydəniz Qəhrəmanov – Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri
  4. Məhəmməd Muradov – Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiyası şöbəsinin müdiri
  5. Ayxan Əlləzli – Sammer Tour  Bakı ofisinin müdiri
  6. Günay Sağlam – Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru

Online efirimiz azərbaycan dilində olacaq

Müzakirələr zamanı Azərbaycanda turizm sektorunun hazırkı vəziyyəti və meydana çıxan  problemlər, böhran vəziyyətindən çıxış yolları, post pandemiya dövründən sonra turizmin inkişafı üçün atılacaq addımlar və planlar,yay mövsümünə hazırlıq və digər məsələlər haqqında danışılacaq.

Online efirimizi facebook üzərindən izləyə, eyni zamanda suallarınızı bizə ünvanlamaq üçün aşağdakı linkdən istifadə edə bilərsiz.

https://www.facebook.com/ataa.az/

https://www.facebook.com/groups/btguild/